manera.az
manera.az

“Qafqazinfo”nun 16 yaşı tamam olur

📅 16.08.2026 11:57

“Qafqazinfo”nun 16 yaşı tamam olur
Bu gün “Qafqazinfo” xəbər portalı yaranmasının növbəti ildönümünü qeyd edir.

Manera.az xəbər verir ki, portalın 16 yaşı olur.

2010-cu il avqustun 16-da fəaliyyətə başlamış “Qafqazinfo” hazırda 30-dan çox əməkdaşla fəaliyyətini davam etdirir. Portalın əməkdaşları həm paytaxtda, həm də regionlarda xəbər toplayır, onları dəqiqləşdirib oxucuların ixtiyarına verirlər.

Ölkədə ən çox oxunan, istinad edilən mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.

“Qafqazinfo”da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!


Baxış sayı - 108 | Yüklənmə tarixi: 16.08.2026 11:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31