manera.az
manera.az

Türk dillərinin inkişaf dinamikası ilə bağlı müzakirə aparılıb

📅 30.06.2026 09:47


“Türk Dünyası Həftəsi” çərçivəsində iyunun 29-da Heydər Əliyev Mərkəzində “Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış” mövzusunda panel sessiyası keçirilib.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə reallaşan paneldə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib ki, türkologiyada bu gün ən çox müzakirə olunan məsələlərdən biri vahid türk ədəbi dilinin mövcudluğu ilə bağlıdır.

Türk Dil Qurumunun rəhbəri professor Osman Mert qeyd edib ki, 100 il öncə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını qoruyur.

Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor İnkyonq Oh çıxışında bildirib ki, Birinci Bakı Türkoloji Qurultay yalnız əlifba islahatı ilə bağlı toplantı deyil, türk xalqlarını ortaq intellektual məkanda birləşdirməyə yönəlmiş tarixi təşəbbüs idi.

Özbəkistan Milli Universiteti Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri professor Hamidulla Boltabayev qeyd edib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi və mədəni dəyərlərinin formalaşmasında mühüm rol oynayıb.

Avrasiya Milli Universitetinin professoru Qulqaya Saqıdola çıxışında vurğulayıb ki, ortaq türk əlifbası Türk dünyasının elmi, mədəni və informasiya məkanının daha da yaxınlaşması baxımından strateji əhəmiyyət daşıyır.

Panel sessiyası daha sonra müzakirələrlə davam edib.


Baxış sayı - 48 | Yüklənmə tarixi: 30.06.2026 09:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930