manera.az
manera.az

“Bir şəhər, iki baxış”: Bakının fərqli görüntüləri Ankarada nümayiş etdiriləcək

📅 11.06.2026 09:01



Ankara Musiqi və Gözəl Sənətlər Universitetində 12 iyun 2026-cı il tarixində saat 11:00-da “Bir şəhər, iki baxış: ziddiyyətlər və harmoniya” adlı beynəlxalq tələbə foto sərgisi və mükafatlandırma mərasimi keçiriləcək.

Bu barədə manera.az-a Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Sərgidə Azərbaycan və Türkiyənin memarlıq fakültələrində təhsil alan tələbələrin obyektivindən Bakının fərqli simaları, zəngin memarlıq irsi, tarixi ilə müasirliyin vəhdəti və şəhərin memarlıq müxtəlifliyi nümayiş etdiriləcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili “Azərbaycanda Şəhərsalma və Memarlıq İli” elan etməsi çərçivəsində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Məhəmməd,
Manera.az


“Bir şəhər, iki baxış”: Bakının fərqli görüntüləri Ankarada nümayiş etdiriləcək


Baxış sayı - 547 | Yüklənmə tarixi: 11.06.2026 09:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930