manera.az
manera.az

Tanınmış memar Rasim Əliyev vəfat edib

📅 16.11.2021 12:56

Tanınmış memar Rasim Əliyev vəfat edib
Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib.

Bu barədə Manera.az-a Azərbaycan Memarlar İttifaqından məlumat verilib.

O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. O, 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.

Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.

R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.


Baxış sayı - 864 | Yüklənmə tarixi: 16.11.2021 12:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031