manera.az
manera.az

Fərid Cəfərov: Beynəlxalq sazişlərə baxmayaraq tarixi məkanlar hələ də təhlükə altındadır

📅 21.05.2026 12:18

Fərid Cəfərov: Beynəlxalq sazişlərə baxmayaraq tarixi məkanlar hələ də təhlükə altındadır
Beynəlxalq sazişlər çərçivəsində görülən tədbirlərə baxmayaraq, tarixi məkanlar hələ də təhlükə altındadır.

Bunu WUF13 çərçivəsində keçirilən “Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli” mövzusunda panel sessiyasında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

O bildirib ki, zəngin mədəni irsin qorunmasına ciddi ehtiyac var.

Nazir müavininin sözlərinə görə, mədəni irsin qorunması yalnız mədəni məsələ deyil, eyni zamanda mühüm öhdəlikdir. Bu baxımdan həyata keçirilən təşəbbüslər böyük məsuliyyət daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa proqramları həyata keçirilir. Mədəni irs abidələri və digər infrastruktur obyektləri yenidən qurulur, bölgədə həyat tədricən bərpa olunur.

O qeyd edib ki, azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.


Baxış sayı - 178 | Yüklənmə tarixi: 21.05.2026 12:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930