manera.az
manera.az

"Builki kitab sərgisində 120-dən çox stend nümayiş olunur" - Nazir müavini

"Builki kitab sərgisində 120-dən çox stend nümayiş olunur" - Nazir müavini

Builki sərgidə 120-dən çox nəşriyyat, ali təhsil müəssisələri, dövlət qurumları, hətta media orqanlarının stendləri nümayiş olunur.

Manera.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə sərgidə 70-ə yaxın xarici nəşriyyat təmsil olunur: "Çoxluğu nəzərə alaraq onlar üçün ayrıca zal ayrılıb".

F.Cəfərov yeddigünlük proqram ərzində keçiriləcək müzakirələrə də toxunub: "Müxtəlif səpkili tədbirlər çərçivəsində bir çox imza günləri, milli və beynəlxalq konfranslar, ədəbi-mədəni müzakirələrin keçirilməsi nəzərdə tutulub".

Nazirlik rəsmisi nəşriyyat və nəşriyyatyönlü subyektlər üçün sərgi çərçivəsində görüşlərinin həyata keçirilməsi üçün xüsusi guşələrin olduğuna da diqqət çəkib.

Məhəmməd,
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031