manera.az
manera.az

İsmayıl Şıxlının xatirəsi anılıb

📅 19.04.2019 19:30

İsmayıl Şıxlının xatirəsi anılıb
Aprelin 18-də Abdulla Şaiqin mənzil-muzeyində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə muzeyin direktoru Ülkər Talıbzadə çıxış edərək ədibin həyat və yaradıcılığı haqında məlumat verib.

Sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinin üçüncü kurs tələbəsi Elida Muxayevanın “İsmayıl Şıxlının həyatı” mövzusunda məruzəsi dinlənilib.

Muzeyin böyük elmi işçisi Arzu Hacıyeva “İsmayıl Şıxlının yaradıcılığı” adlı məruzəsində yazıçının Azərbaycan nəsri tarixinə verdiyi töhfələr barədə danışıb. Məruzəçi yazıçının sənədlilik, səmimiyyət, millilik, reallıq kimi xüsusiyyətlərlə səciyyələnən nəsrini yüksək qiymətləndirib.
İsmayıl Şıxlının xatirəsi anılıb
Tədbir konsert proqramı ilə davam edib.

Sonra ədibin oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkür edib.

MANERA.AZ


Baxış sayı - 1 387 | Yüklənmə tarixi: 19.04.2019 19:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031