“Azərbaycan: Yeni era” kitabı - qalib ölkəmizin inkişaf modelini əks etdirən nəşr

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunan və Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilən əsərlər 2026-cı il Dövlət mükafatına təqdim edilən əsərlər sırasındadır.
Bunlardan biri “Azərbaycan: Yeni era” kitabıdır. Bu əsər qalib Azərbaycanın siyasi, iqtisadi, geosiyasi və digər sahələr üzrə inkişaf modelini, eləcə də bu modelin təqdimatı ilə bağlı məsələləri özündə əks etdirir. Kitab həm akademik dairələr, həm geniş oxucu kütləsi, həm də xaricdən Azərbaycanı daha dərindən tanımaq istəyən oxucular üçün olduqca diqqət cəlb edir.
Bunu Manera.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. O bildirib ki, qalib Azərbaycan bu gün yeni siyasi reallıq və yeni status-kvo əsasında öz siyasətini həyata keçirir. Xüsusilə Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsi diqqət çəkir. "Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdimatı baxımından “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ: yeni sətirdən” və “Şuşa. Zirvədən uca” kitabları mühüm əhəmiyyət daşıyır. Bu nəşrlər “yumşaq güc” aləti kimi də çıxış edir. Yəni bu kitablar ictimai və elmi diplomatiyanın ən təsirli vasitələrindən biridir", - deyə o diqqətə çatdırıb.