manera.az
manera.az

"Azərbaycanın təbii və mədəni irsi" layihəsi hazırlanıb

📅 22.04.2026 14:23

"Azərbaycanın təbii və mədəni irsi" layihəsi hazırlanıb
Azərbaycanın təbii və mədəni irsinə həsr olunan bu layihə Mədəniyyət Nazirliyi tərəfindən Cop 29 tədbirləri çərçivəsində hazırlanmışdır. Məqsəd təbiətlə mədəniyyətin qarşılıqlı əlaqəsini işıqlandırmaq, illər, qərinələr, əsrlər keçdikcə təbiətlə mədəniyyətin müxtəlif sahələrinin bir-birinə bağlı şəkildə inkişafını göstərməkdir.

Görüntüləri müşayət edən musiqidə təbiət səsləri - suyun şırıltısı, quşların civiltisi, balabanının zümzüməsi insan avazı ilə təqdim olunur; yağışın həzin sədası, ildırımın vahiməli, gürultulu səsləri Qobustan daşlarının və nağara ritmləriylə əvəz olunur; küləyin vıyıltısı tarda muğam fraqmentləriylə müşayət olunur. Təbiətin dörd ünsürü - su, od, hava, torpaq görüntü ilə musiqinin vəhdətində verilir.

Çəkilişlər Azərbaycanın müxtəlif rayonlarında - Qubada, Qusarda, Gədəbəydə, Şamaxıda, İsmayıllıda, Lənkəranda, Naxçıvanda, Şuşada, Cəbrayılda, Ağdamda olan tarixi, memarlıq, mədəniyyət abidələrində, əsrarəngiz və bənzərsiz təbiətdə aparılıb.

Bu videoçarxda təbiət sirləri ilə zəngin olan Atəşgah, Yanardağ, İçərişəhər, Qobustan, Basqal, Lahıc və digər qoruqlar təqdim olunub. Eyni zamanda, Azərbaycan florasının və faunasının yaşını, müxtəlifliyini özündə yaşadıb, bu günümüzə qədər gətirən qədim sənətkarlıq nümunələrində -daş kitabələrdə, xalçalarda, rəsmlərdə təbiətlə mədəniyyətin bir-birinə sıx bağlı olduğunu görmək olar.

Azərbaycanın təbii və mədəni irsinin bağlılığına həsr olunan bu layihədə məqsəd “Mədəniyyət həm də təbiət üçündür”, “Mədəniyyət həm də iqlimə xidmət edir” fikrini çatdırmaq olub.


Baxış sayı - 18 | Yüklənmə tarixi: 22.04.2026 14:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930