manera.az
manera.az

Manera.az saytının 11 yaşı tamam olur…

📅 18.04.2026 08:23


18 aprel 2015-ci ildə fəaliyyətə başlayan Manera.az saytının yaranmasının 11-ci ildönümü tamam olur.

Yarandığı gündən etibarən təhsil, ədəbiyyat və mədəniyyət istiqamətində oxucularına dolğun, maraqlı və dəyərli materiallar təqdim etməyi qarşısına məqsəd qoyan Manera.az ötən 11 il ərzində özünəməxsus media platforması kimi formalaşıb.

Bu illər ərzində saytımız müxtəlif mövzularda analitik yazılar, müsahibələr, ədəbi nümunələr, mədəniyyət xəbərləri və maarifləndirici materiallarla oxucuların görüşünə gəlib. Manera.az hər zaman milli-mənəvi dəyərlərə, maarifçiliyə, ədəbi və mədəni düşüncənin inkişafına xidmət etməyi əsas prinsiplərindən biri hesab edib.

11 illik fəaliyyət yolunda bizimlə olan bütün oxucularımıza, müəlliflərimizə, tərəfdaşlarımıza və dostlarımıza təşəkkür edirik.

Qeyd edək ki, Manera.az bundan sonra həm yeni dizaynda və maraqlı mətnlərlə təhsil, mədəniyyət və ədəbiyyat sahəsinə xidmət göstərəcək, həm də media tərəfdaşı kimi fəaliyyətini davam etdirəcək.


Baxış sayı - 133 | Yüklənmə tarixi: 18.04.2026 08:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930