Manera.az 10 yaşında!...
Bu gün – 18 aprel 2025-ci il tarixində Manera.az xəbər portalının fəaliyyətə başlamasından 10 il ötür.
Manera.az 2015-ci ilin bu günündə, baş redaktorumuz və təsisçimiz, araşdırmaçı-yazar Şəhla Aslanın ideyası ilə yaradıldı, qısa zamanda oxucuların güvəndiyi platformaya çevrildi.
Layihə ilk gündən təhsil, mədəniyyət, ədəbiyyat və ümumilikdə cəmiyyət üçün dəyər daşıyan mövzuların təbliğini əsas məqsəd seçdi.
İllər keçsə də saytımızın əsas xətti dəyişməz qalıb: səviyyəli məzmun, prinsipial duruş və reytinq yarışından uzaq təqdimat.
Manera.az təkcə bir media saytı deyil, həm də bir çox gəncin könüllü fəaliyyət göstərdiyi, özünü ifadə və inkişaf etdirdiyi bir platforma oldu. Son illərdə saytın fəaliyyətində böyük əməyi olan redaktorumuz Tural Adışirinin fədakarlığını xüsusi qeyd etməliyik.
Manera.az bu gün düşüncə və dəyərlər məkanı kimi fəaliyyətini davam etdirir və qarşıdakı dövrlərdə daha geniş hədəflərlə fəaliyyətini davam etməyi planlaşdırır.
10 illik bu yolda bizimlə olan, yazılarını bölüşən, oxuyan və dəstək olan hər kəsə təşəkkür edirik!..
MANERA.AZ