manera.az
manera.az

“Xaqani Şirvani: 900 illik ədəbi irs” oxuculara təqdim olunub

📅 17.04.2026 08:00

“Xaqani Şirvani: 900 illik ədəbi irs” oxuculara təqdim olunub
Milli Kitabxana tərəfindən hazırlanmış “Xaqani Şirvani: 900 illik ədəbi irs” və “Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvani” adlı daycestlər onlayn rejimdə istifadəçilərə təqdim olunub

Bildiyimiz kimi, 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin və dünya şöhrətli memar, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyləri qeyd edilir.

Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsi dahi şair Xaqani Şirvani və möhtəşəm sənət əsərlərinin müəllifi olan Əcəmi Naxçıvaninin yubileylərinin qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb.

Milli Kitabxana tərəfindən “Xaqani Şirvani: 900 illik ədəbi irs” və “Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvani (900 illiyinə həsr olunur)” adlı daycestlər hazırlanıb.

Daycestlərdə mövzu ilə bağlı 2024-2026-cı illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılıb.


Baxış sayı - 58 | Yüklənmə tarixi: 17.04.2026 08:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930