manera.az
manera.az

Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı layihə təsis ediləcək

📅 14.01.2026 18:27

Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı layihə təsis ediləcək
Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi təsis ediləcək.

MANERA.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda əksini tapıb.

Həmçinin Azərbaycan ədəbi mühitini qlobal ədəbi mühitə uyğun inkişaf etdirmək, ədəbi əsərlərin yaradılması prosesinin nəşriyyat işi dəyər zəncirinə daxil edilməsini asanlaşdırmaq və tanınmış xarici ədiblərin təcrübəsindən yararlanmaq məqsədilə “Ədiblər Azərbaycanda” (“Writers in Residence in Azerbaijan”) layihəsinin təsis ediləcək.

Layihə Mədəniyyət Nazirliyi, AMEA və digər aidiyyəti qurumlarla birlikdə 2026-2030-cu illərdə hazırlanıb həyata keçiriləcək.


Baxış sayı - 223 | Yüklənmə tarixi: 14.01.2026 18:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031