manera.az
manera.az

Şəhid ailələri və qazilərə dəstək tədbiri təşkil olunub

📅 03.04.2026 19:02

Şəhid ailələri və qazilərə dəstək tədbiri təşkil olunub

“Modern İnkişaf və Ailə” İctimai Birliyi tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, ziyalıların, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş tərkibli tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov “Modern İnkişaf və Ailə” İctimai Birliyinin ölkənin ictimai həyatındakı rolundan bəhs edib, təşkilatın milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O bildirib ki, birlik öz fəaliyyəti ilə milli maraqların müdafiəsinə, dövlət siyasətinin təbliğinə və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfələr verir.

Cəlil Xəlilov qeyd edib ki, təşkilatın sədri Zərifə Quliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli fəaliyyət çərçivəsində şəhid ailələrinə, qazilərə və həssas kateqoriyadan olan vətəndaşlara mütəmadi diqqət göstərilir, sosial və mənəvi dəstək istiqamətində ardıcıl iş aparılır. O, Zərifə Quliyevanın ictimai fəaliyyətini xüsusi vurğulayaraq, bu xidmətlərin dövlət səviyyəsində qiymətləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Çıxışının sonunda təşkilata yeni qəbul ediləcək üzvləri təbrik edib, natiq onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb, dövlətçilik ideallarına sədaqətlə xidmət edəcəklərinə inamını ifadə edib.

Tədbirdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva yeni üzvləri səmimi təbrik edib, təşkilatın ötən dövrdə həyata keçirdiyi layihələr və qarşıda duran prioritet istiqamətlər barədə ətraflı məlumat verib. O vurğulayıb ki, təşkilatın sıralarına qoşulan şəxslər arasında şəhid ailələrinin üzvlərinin və qazilərin yer alması xüsusi qürur hissi doğurur.

Zərifə Quliyeva qeyd edib ki, ölkənin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda mübarizə aparmış qəhrəmanların xidmətləri hər zaman yüksək ehtiramla anılır və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər davamlı xarakter daşıyır. O, Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşadılmasının və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin dəstəklənməsinin təşkilatın fəaliyyətində əsas istiqamətlərdən biri kimi qəbul edildiyini bildirib.

Tədbirin davamında “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni qəbul edilən üzvlərə üzvlük vəsiqələri təqdim olunub, onlara xatirə hədiyyələri verilib.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyi respublika səviyyəsində müxtəlif layihələr və tədbirlər həyata keçirir, xüsusilə şəhid ailələri və qazilərlə bağlı sosial və vətənpərvərlik yönümlü təşəbbüslər təşkilatın fəaliyyətində əsas yer tutur. Bu istiqamətdə layihələrin cari ildə də davam etdirilməsi nəzərdə tutulur.





Baxış sayı - 43 | Yüklənmə tarixi: 03.04.2026 19:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930