manera.az
manera.az

Şəhid Aqşin Abdullayevə həsr edilmiş kitabın təqdimatı olub

📅 24.02.2019 12:01

Şəhid Aqşin Abdullayevə həsr edilmiş kitabın təqdimatı olub
Fevralın 22-də Şəki Şəhər Mədəniyyət Mərkəzində şəhid mayor Aqşin Abdullayevə həsr olunan “Həyatı nəsillərə örnək olan Qəhrəman” kitabının təqdimatı olub.

Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovdur. Tədbirdə şəhidin doğmaları, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Manera.az xəbər verir ki, Şəkinin Kiş kəndində doğulub boya-başa çatan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Aqşin Abdullayev 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan hərbi birləşmələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhid Aqşin Abdullayevə həsr edilmiş kitabın təqdimatı olub
Kitab xalqımızın ümummilli lideri Heydər Əliyevin gənclərə ünvanladığı belə bir ibrətamiz kəlamla başlayır: “Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur qəhrəmanlıq”.

Təqdimat mərasimində kitabın müəllifi Kamil Adışirinov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsinin sədri Məmmədnuru Əzizov, şəhidin döyüş yoldaşı gizir Şəhrur Əliyev və başqaları çıxış edərək, doğma Vətəni, torpağı və əsgəri uğrunda öz canını əsirgəməyən igid zabitin şərəfli ömür yolunun gənc nəslin vətənpərvərlik, insanpərvərlik, torpağa bağlılıq ruhunda tərbiyə olunmasında əsl örnək və nümunə olacağını bildiriblər.
Şəhid Aqşin Abdullayevə həsr edilmiş kitabın təqdimatı olub
Şəhidin anası Dursun Cavadova ailəsi adından kitabın müəllifinə minnətdarlıq edib, Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildirib.
Şəhid Aqşin Abdullayevə həsr edilmiş kitabın təqdimatı olub
Sonda müəllif kitablardan Şəki şəhər Mərkəzi Kitabxanasına hədiyyə edib.

MANERA.AZ


Baxış sayı - 1 513 | Yüklənmə tarixi: 24.02.2019 12:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031