manera.az
manera.az

Əməkdar jurnalistin “Xankəndi” adlı kitabı çap olunub

📅 01.04.2026 14:00

Əməkdar jurnalistin “Xankəndi” adlı kitabı  çap olunub

Yazıçı, publisist, Əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadə) “Xankəndi” adlı yeni kitabı çap olunub

Vətənpərvərlik mövzusunda kitabların yazarı olan müəllifin yeni kitabı Xankəndi şəhərinin formalaşması və Qarabağ problemi fonunda şəhərin tarixini əhatə edir. Kitabda XVIII əsrdən başlayaraq ermənilərin Qarabağa yerləşdirilməsi siyasəti ilə əlaqədar Azərbaycan xalqının milli maraqlarına zidd hadisələr haqqında ətraflı bəhs edilib. Həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və bundan sonra onilliklər boyu Xankəndinin "erməniləşdirilməsi” istiqamətində həyata keçirilən şovinist siyasət haqqında geniş məlumat verilir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Xankəndidə erməni millətçilərinin separatçı fəaliyyətinin qarşısının qətiyyətlə alınması, şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər də əsərin əsas mövzularındandır.

Kitabda Xankəndi, həmçinin qədim türk yurdu Kərkicahanın I və II Qarabağ müharibəsı zamanı ermənilərin törətdiyi cinayətlər nəticəsində həlak olmuş sakinləri haqqında bioqrafik məlumatlar təqdim edilib. 44 günlük müharibə və antiterror əməliyyatı, işğaldan azad edilmiş Xankəndidə aparılan bərpa-quruculuq işləri də kitabda geniş işıqlandırılır.

Milli Kitabxana çoxillik və peşəkar araşdırmalar nəticəsində ərsəyə gələn dəyərli nəşrə görə Hikmət müəllimə təşəkkürünü bildirir və bu təşəbbüsü milli tarixi irsimizin təbliğinə xidmət edən mühüm addım kimi qiymətləndirir.


Baxış sayı - 31 | Yüklənmə tarixi: 01.04.2026 14:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930