manera.az
manera.az

Antalya xalq kitabxanasına Azərbaycana dair zəngin kitablar bağışlanıb

📅 23.02.2026 08:09

Antalya xalq kitabxanasına Azərbaycana dair zəngin kitablar bağışlanıb

Türkiyədəki Antalya Xalq Kitabxanasına Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı zəngin kitab kolleksiyası bağışlanıb və sərgisi açılıb.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliğinə yönəlmiş layihələri çərçivəsində Türkiyənin aparıcı kitabxanalarına həm ana dilimizdə, həm də Türkiyə türkcəsində Azərbaycana dair nəşrlər hədiyyə etməkdədir. Bu layihə çərçivəsində Antalya Xalq Kitabxanasına Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı zəngin kitab kolleksiyası bağışlanmış və sözügedən nəşrlərin sərgisi açılmışdır.

Mərkəzdən Manera.az-a verilən məlumata görə, kolleksiyaya Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ölkəmizin nailiyyətləri, klassik Azərbaycan ədəbiyyatı haqqında nəşrlər, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Türkiyə türkcəsinə tərcümə olunaraq nəşr edilmiş kitablar daxildir.

Sərginin açılışında çıxış edən Antalya Vilayət Mədəniyyət və Turizm Müdürlüyü Kitabxanalar Bölüm Müdürü Ahmet Levent Bayar, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Xalq Kitabxanasının müdiri Muharrem Dal və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik dərnəyinin rəhbəri Azər İsmayıl Antalyanın əsas kitabxanasına Azərbaycanla bağlı nəşrlərin hədiyyə olunmasının Azərbaycanın qardaş ölkədə tanıdılması istiqamətində, habelə ölkəmizə maraq göstərən hər bir oxucu üçün maraqlı və faydalı olacağını bildiriblər.

Sözügedən nəşrlərin Azərbaycan, onun tarixi, mədəniyyəti və klassik irsinin daha geniş auditoriyaya tanıtmaq məqsədi daşıdığını vurğulayıblar. Gələcəkdə layihənin davam etdiriləcəyini Antalya Xalq Kitabxanasındakı Azərbaycan bölümünün yeni nəşrlərlə zənginləşdiriləcəyini bildiriblər.

Məhəmməd,
Manera.az








Baxış sayı - 419 | Yüklənmə tarixi: 23.02.2026 08:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031