Yaşayaraq öyrənək - Aytən Ağasıyeva

Leyla sinif yoldaşı ilə məntiq həll edirdi. Nuray bir az fasilə vermək istədi. Onlar fasilə verərkən Nurayın otaqdakı əl işi Leylanın diqqətini çəkdi:
- Bunu sən hazırlamısan ?
- Hə, mən hazırlamışam
- Bunu necə hazırlamısan? Nə ilə hazırlamısan ?
- Bu mənim balaca kitab rəfimdir. Gələcəkdə oxumaq istədiyim kitabların siyahısını çıxarmışam, sonra onları yaxşıca araşdırmışam, daha sonra da özüm üçün simvolik rəf hazırlamışam.
- Çox bəyəndim Nuray, çox maraqlıdı
- Bəyəndiyinə sevindim. İstəsən sənə də hazırlamağı, yapışdırmağı, rəngləməyi, hər şeyi öyrədərəm.
- Yox, Mənə sadəcə hansı rənglərdən istifadə etmisən, neçə çubuqdan hazırlamısan və neçə yapışqan istifadə etmisən onu de
- Yaxşı , rəngələyəndə yaşıl rəngdən, üç yapışqan və on səkkiz çubuqdan istifadə etmişəm.
- Bunların hamısını yadımda saxlamalıyam ona görə mən getməliyəm, məntiqi sonra yazarıq- Leyla bunu deyib, qaçaraq uzaqlaşdı
Nuray arxasınca çağırsa da eşitmədi. Anası Leylanı görüb, soruşdu:
- Leyla nə olub? Hara qaçırsan?
- Üç yapışqan, o səkkiz çubuq, üç yapışqan on səkkiz çubuq, üç yapışqan on səkkiz çubuq...
- Leeyla, nə dediyini anlaya bilmirəm
- Anaaa, sakit ol, indi yadımdan çıxacaq.Yaşıl rəng, üç yapışqan,....on səkkiiizz....Ana, özümə simvolik kitab rəfi hazırlayacam. On səkkiz çubuq, üç
yapışqan, üç yapışqan, yaşıl rəng ..
- Bəs necə hazırlayacaqsan?
- Necə hazırlayacam? Bax, gör
Leyla yapışqanı, çubuqları və yaşıl rəngi gətirib masaya qoydu.
- Başladıq ...
Leyla bir anlıq duruxdu:
- Mən hardan başlayacam? Nuray mənə nə demişdi ? off xatırlaya bilmirəm..Axı mən bunlardan necə kitab rəfi hazırlayacam? Bəs kitabları necə
hazırlayacam.. Off mən heç hansı kitabı sevdiyimi belə bilmirəm..
Anası qızının üzgün olduğunu görüb, onun başını sığalladı:
- Qızım köməyə ehtiyacın varsa, kömək edə bilərəm
- Hə ana, amma bilmirəm mənə necə kömək edə biləcəyini, çünki mən heç “nə?” istədiyimi belə bilmirəm. Sadəcə kitab rəfim olsun istəyirəm.
Nurayın kitab rəfini çox bəyəndim. Ama mən necə hazırlayacağımı, hansı rəngdən istifadə edəcəyimi, hansı kitabları xoşladığımı bilmirəm.
- Bəs Nuraydan soruşmadın necə hazırlayacağını ?
- Soruşdum , hətta Nuray mənə kömək də edəcəyini dedi, ama mən sadəcə neçə yapışqan istifadə etdiyini, hansı rəngi və çubuqların sayını
soruşdum. Onu dinləmədim
- Qızım, səhvin burda olub.. Sən sadəcə sayı əzbərləmisən, ama necə hazırlayacağını öyrənməmisən. Buna görə də Nurayın yanına qayıt. Sevdiyin
rəngi seçib, yapşqanları və çubuqları götürub Nurayın yanına get.. Onunla birlikdə rəfi hazırlamağa başlayın, daha sonra oxumaq istədiyin kitabları seçib, hazırlayarsan..
- Sən haqlısan ana, mən sadəcə görəcəyim işi əzbərləmişəm ama işi görməyi öyrənməmişəm. Əzbərlə öyrənə bilmərik, gərək yaşayaraq öyrənək!..
MANERA.AZ