manera.az
manera.az

Bu dünyada Müşfiq vardı - Günün şeiri

📅 06.01.2026 21:18

Bu dünyada Müşfiq vardı - Günün şeiri
Azərbaycan poeziyasının unudulmaz, bənzərsiz şairi Mikayıl Müşfiqin anım günüdür.

MANERA.AZ bu münasibətilə Əli Kərimin "Bu dünyada Müşfiq vardı" şeirini təqdim edir.


Yadımdadır, deyərdilər,
Bu dünyada
Müşfiq adlı
Çox gözəl bir şair olub.
Hərəkəti, məhəbbəti,
Həqiqəti
şeir olub.
Şeir olub göylər kimi,
yerlər kimi aydın, açıq.
Hər kəlməsi gəncliyinin
vüqarına bir yaraşıq.
O ləbaləb dolu idi
Şeir ilə, sənət ilə;
Ölümdən də qorxmaz olan
qüdrət ilə.
Bu gün onun həyatında
Bir bahardır.
Bu dünyada Müşfiq vardı
Bu dünyada yenə vardır.


Baxış sayı - 437 | Yüklənmə tarixi: 06.01.2026 21:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930