manera.az
manera.az

Mikayıl Müşfiq ocağında “Darıxan nəğmələr “

Mikayıl Müşfiq ocağında “Darıxan nəğmələr “
Azərbaycanın sevimli şairi, tərcüməçi və pedaqoq, Yazıçılar Birliyinin üzvü Mikayıl Müşfiqin anım günü keçirilib.

Manera.az xəbər verir ki, ənənəvi mərasim şairin Bakıdakı abidəsi önündə başlayıb və Xızıdakı "Müşfiq ocağı"nda davam etdirilib.

Tədbirdə şair və yazıçılar - Vaqif Bəhmənli, Tofiq Nurəli, Firidun Qurbansoy, Nəcməddin Mürvətli, Rafiq Hacılı, Ofelya Babayeva, ictimaiyyət nümayəndələri iştirak edib.

Builki tədbir maraqlı yeniliklə yadda qalıb. "Müşfiq ocağı"nda şair Tofiq Nurəlinin yeni çapdan çıxmış, yalnız sevgi şeirlərinin toplandığı “Darıxan nəğmələr" kitabı oxuculara təqdim edilib.

Bu, iştirakçılar tərəfindən Tofiq Nurəlidən Mikayıl Müşfiqin ruhuna töhfə kimi qiymətləndirilib.

Tofiq Nurəlinin "Darıxan nəğmələr" kitabının təqdimatı ilə Müşfiq günləri üçün yeni ənənənin əsası qoyulub.

Bundan sonra belə tədbirlərdə Müşfiq ruhlu təzə şeir kitablarının təqdimatı qərara alınıb. Yenilik tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Mikayıl Müşfiq ocağında “Darıxan nəğmələr “
Mikayıl Müşfiq ocağında “Darıxan nəğmələr “
Mikayıl Müşfiq ocağında “Darıxan nəğmələr “
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031