manera.az
manera.az

Azərbaycan-Türkiyə qardaşlığı Ankarada sənət proqramında əks olunub

Azərbaycan-Türkiyə qardaşlığı Ankarada sənət proqramında əks olunub
"Azərbaycan sənət həftəsi" çərçivəsində Ankarada Azərbaycan incəsənət ustalarının Özəl Yüce Məktəbində konsert proqramı təşkil edilib.

Manera.az xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara şəhərindəki Özəl Yüce Məktəbində təşkil etdiyi proqram Azərbaycan incəsənətinin təbliği məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov Azərbaycan-Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanın zəngin mədəniyyəti və qardaş Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədi ilə həyata keçirilən layihələrdən danışaraq, ortaq dəyərlərimizi, mədəniyyətimizi tanıtmağın önəmini vurğulayıb.

Ankara Özəl Yüce Məktəblərinin direktor müavini Ece Ersin çıxışında Türkiyə ilə Azərbaycan arasındakı dərin köklü qardaşlığın təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıqla daha da gücləndiyini bildirib və məktəblərinin bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməkdən məmnun olduğunu vurğulayıb.

Proqram çərçivəsində səhnələşdirilən bədii çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan və Özbəkistan xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat və gənc müğənni Uğur Məmmədov Azərbaycan xalq mahnılarını ifa ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin "Zəngəzur" Azərbaycan Xalq Rəqs Ansamblı da milli rəqsləri ifa ediblər.

Konsert proqramında iki ölkənin tarixi dostluğuna dair musiqilər ifa edilib. Tədbir bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb.








Baxış sayı - 213 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031