manera.az
manera.az

Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM

Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

Doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

Ali təhsil müəssisələrində:

Magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

Orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

Peşə təhsili müəssisələrində:

- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;

- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;

- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.


* * *

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün də məbləği artırılıb.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Qeyd edək ki, tələbələrə verilən Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI