manera.az
manera.az

Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

📅 04.12.2025 21:14

Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"
Dekabrın 15-də Sumqayıt Dövlət Dram Teatrının kollektivi Akademik Milli Dram Teatrının səhnəsində məşhur osetin dramaturqu Georgi Xoqayevin “Varlı ev” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

MANERA.AZ xəbər verir ki, səhnə əsərində obrazları Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, aktyorlar Oqtay Mehtiyev, Habil Xanlarov, Şəmistan Süleymanlı və Məryəm Hüseynli canlandıracaqlar.

Tamaşada XX əsrin əvvəllərində sərt ailə qaydaları altında yaşayan ailənin bədbəxtliyi və var-dövlətə olan həsrətin insanları necə parçaladığı göstərilir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, pyesi rus dilindən tərcümə edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur.

“Varlı ev”in musiqi tərtibatı isə Şəmistan Muradxanlıya məxsusdur.


Baxış sayı - 284 | Yüklənmə tarixi: 04.12.2025 21:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930