manera.az
manera.az

Bakıda türkiyəli rəssamın sərgisi açılacaq - Foto

Bakıda türkiyəli rəssamın sərgisi açılacaq - Foto
Tarixi-memarlıq abidəsi olan doğma İçərişəhərimizin ərazisində fəaliyyət göstərən “Bakı” Rəsm Qalereyası öz fəaliyyətini Azərbaycan və dünya mədəniyyətinin, incəsənətinin, xüsusilə təsviri sənətinin təbliği istiqamətində qurub. Hər zaman fırça ustalarına yeni yaradıcılıq imkanları yaradan qalereya növbəti sərginin açılışına hazırlaşır.

Noyabrın 28-də “Bakı” Rəsm Qalereyasında türkiyəli rəssam Zəkiyə İnanın “Payız yarpaqları” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.

Bu barədə MANERA.AZ-a qalereyanın rəhbəri, istedadlı rəssam Eldəniz Babayev məlumat verib.

Onun sözlərinə görə, dekabrın 1-dək davam edəcək sərgidə türkiyəli rəssamın 80-dək yağlı boya, sulu boya, xəttatlıq nümunələri nümayiş olunacaq. Qardaş ölkənin rəssamı kimi Azərbaycanı doğuma diyar, Bakını isə doğma şəhər bilən Zəkiyə xanım yenidən sənətsevərləri öz füsunkar sənəti ilə heyrətləndirəcək.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə həyata keçirəcək.

Qeyd edək ki, Zəkiyə İnan 1962-ci ildə Türkiyənin İsparta şəhərində anadan olub. O, Antalya Akdeniz Universitetinin inşaat mühəndisləri fakültəsini bitirib.

Gənclik dövründə təsviri sənətə olan həvəsi sayəsində 1999-2004-cü illərdə İstanbulun “Ulduz” sarayında hüsnxət, “Taksim Pera” sənət məktəbində isə rəssamlıq sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə rəssamın əsərləri İstanbulda “Camal Rəşid Rəy” sərgi salonunda nümayiş etdirilib.

2004-cü ildən Zəkiyə xanım Bakıya gələrək Azərbaycanın Xalq rəssamı, professor Arif Əzizovdan sənət dərsləri alıb. 2009-cu ildə “Bakı” Rəsm Qalereyasında ilk fərdi sərgisi açılıb.



Baxış sayı - 161 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930