manera.az
manera.az

Tammetrajlı uşaq filminin istehsalına başlanılıb

📅 01.11.2025 16:10

Tammetrajlı uşaq filminin istehsalına başlanılıb
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Nərimanfilm” kinostudiyası tərəfindən uzun illərdən sonra tammetrajlı uşaq filminin istehsalına başlanılıb.

Bu barədə MANERA.AZ-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Akinak. İşquz qılıncı” adlı filmin rejissoru Elxan Cəfərovdur.

Filmdə dörd yeniyetmənin Akinak qılıncını əldə etmək üçün keçdikləri çətin yoldan söhbət açılır.

Vətənpərvərlik mövzusunda olan filmin çəkilişlərinə 2 aydan çox vaxt sərf olunub.

Ekran əsərinin ssenari müəllifi İlqar Safat, quruluşçu operatoru Ruslan Ağazadə, rəssamı Əziz Məmmədovdur. Filmdə Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Füzulu Hüseynov, Həcər Ağayeva, Rövşən Kərimduxt və Elnar Qarayev də rol alıblar.


Baxış sayı - 301 | Yüklənmə tarixi: 01.11.2025 16:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930