manera.az
manera.az

Bu müəllimlər maaşdan əlavə 2 min manat alacaq

📅 24.10.2025 14:47

Bu müəllimlər maaşdan əlavə 2 min manat alacaq
Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların əməkhaqqına əlavələrin ödənilməsi üçün 20.1 milyon manat xərclənəcək.

MANERA.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9.9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunması planlaşdırılıb. Vəsait onların stimullaşdırılması məqsədilə yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və kirayə haqqına yönəldiləcək.

Hesablamalar göstərir ki, kənd məktəblərindəki vakansiyaları seçəcək hər bir gənc müəllim orta hesabla maaşından əlavə il ərzində təxminən 2 min manat alacaq. (oxu.az)


Baxış sayı - 316 | Yüklənmə tarixi: 24.10.2025 14:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930