manera.az
manera.az

“Balet günləri”: Yeni layihə - İLK DƏFƏ

“Balet günləri”: Yeni layihə - İLK DƏFƏ
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkədə ilk dəfə olaraq genişmiqyaslı “Balet günləri” layihəsinə start verir.

MANERA.AZ xəbər verir ki, tədbirin şüarı bilavasitə layihənin konsepsiyasının arxasında dayanan dərin məna daşıyır: “Hərəkətlə yazılan tarix”.

Bu təşəbbüs tamaşaçılara akademik səhnə ilə daha yaxından tanış olmağa və sənətsevərləri baletin füsunkar dünyasında birləşdirməyə imkan verəcək.

Balet günləri oktyabrın 15-də Heydər Əliyev Sarayında Fikrət Əmirovun “Min bir gecə” tamaşası ilə açılacaq.

Oktyabrın 15-dən noyabrın 11-dək davam edəcək silsilə tədbirlərə aşağıdakılar daxildir:

- milli balet sənətinin ən parlaq əsərlərinin tamaşaları;

- tanınmış balet artistlərinin iştirakı ilə ustad dərsləri;

- elmi konfrans və ictimai müzakirələr.

“Balet günləri” layihəsi akademik baletin klassik irsini müasir bədii yanaşmalarla birləşdirmək və milli mədəni dəyərlərə yeni nəfəs vermək məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031