manera.az
manera.az

Akademik Opera və Balet Teatrının oktyabr repertuarı

📅 01.10.2021 09:35

Akademik Opera və Balet Teatrının oktyabr repertuarı
Nazirlər Kabineti yanında Operativ Qərargah oktyabrın 1-dən ümumi tutumu 50 faizdən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zalları, kinoteatr və teatrların fəaliyyətinə icazə verilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Pandemiya səbəbindən yaranan uzun fasilədən sonra teatrlar yeni mövsümə böyük həvəslə hazırlaşır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da oktyabr ayında bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək.

Teatrda ilk tamaşa oktyabrın 9-da nümayiş olunacaq.

Manera.az teatrın oktyabr ayı üçün nəzərdə tutulan repertuarını təqdim edir:

9 oktyabr – “Şəhrizad”, “Qipçaq rəqsləri”

10 oktyabr – “Sevil”

13 oktyabr – “Məhəbbət tanqosu”

16 oktyabr - “Arşın mal alan"

17 oktyabr – “Min bir gecə”

20 oktyabr - Qala-konsert

23 oktyabr – “Trubadur”

24 oktyabr – “Dahi hekayəçi”

27 oktyabr – “Şah İsmayıl”

30 oktyabr – “Aida”

31 oktyabr - “Leyli və Məcnun”


Baxış sayı - 449 | Yüklənmə tarixi: 01.10.2021 09:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031