manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrı Almaniyada beynəlxalq festivalda

📅 01.10.2025 18:30

Gənc Tamaşaçılar Teatrı Almaniyada beynəlxalq festivalda
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Almaniyanın Hannover şəhərində keçiriləcək XIV Beynəlxalq Kamera Tamaşaları Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, teatr Nikoloy Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə oktyabrın 6-dan, 12-dək keçirilən festivalda çıxış edəcək.

32 illik səhnə həyatını uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir.

Qeyd edək ki, Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.





Baxış sayı - 162 | Yüklənmə tarixi: 01.10.2025 18:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031