Səmimi dost, dəyərli həmkar - Prof. Rüfət Hüseynzadə yazır...

Prof. Rüfət Hüseynzadə
Hörmətli və əziz dostumuz, həmkarımız Çingiz Dadaşov - ADPU Şamaxı filialı həmkarlar komitəsinin sədri bu qələbələr günündə, Zəfər günləri ərəfəsində doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram.
Çingiz müəllim çox dəyərli yoldaş, səmimi dost, xeyirxah həmkar, mehriban insan, səriştəli, peşəkar müəllimdir. Onun dosta , yoldaşa qarşı münasibəti daim səmimiyyət, xoşluq, yaxşılıq, xeyirxahlıq üzərində qurulmuşdur. Qəlbində insanalara daim yüksək sevgi və məhəbbət, istək hissləri vardır. O daim hamiya xeyirxahlıq etmək , yardım etmək, kömək etmək istəyindədir, kiminsə işində yararlı olmaq Çingiz müəllimin özünə də çox xoşdur. Onun bu xeyirxahlığı, xoş niyyətliliyi “güclü insan” obrazını yaratmışdır. İnsanın xoş niyyətli, xeyirxah olması onun şəxsiyyətini formalaşfırır, özünü, taleyini qazandırmış olur və həyatda hər zaman güclü, qalib etmiş olur. Güclü insan – xeyirxah insandır- deyə bilərik.
Çingiz müəllimin mülayim xarakteri, sakit təbiəti, mehriban, humanist davranışı ətrafındakı insanlar, kollektiv arasında böyük sevgi və hörmətlə qarşılanır. Onunla söhbət, ünsiyyət və münasibətdə olmaq insanda xoş təəssürat, pozitiv aura, rahatlıq yaradır.
Çingiz müəllim çalışdığı ADPU -nun Şamaxı filialında tələbə-gənclər və müəllim kollektivi arasında böyük hörmət və nüfuza malikdır. O tələbələrin sevimlisi, müəllim və tərbiyəçisi, böyük yoldaşı və təcürbəli dostudur. Çingiz müəllim daim öyrədir, yeniyetmə, tələbə və gənclərə dəyərli məsləhət və tövsiyələr verir, onları vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz, mənəvi mədəniyyət, vətənsaşlıq ruhunda yetişdirir.
Çingiz müəllim xalqımızın vətən müharibəsində qalibiyyəti, işğal olunmuş torpaqlarımızın azad edilməsi, düşmən üzərində qəti qələbəmiz, möhtəşəm uğurlarımız fəaliyyətimizin ilham mənbəyi, gücü və qüvvəti olduğunu yetişən nəslə dərk etdirir.
Bu tarixi Zəfər, misli görünməmiş qalibiyyət, gənclərimizin vətənpərvərlik nümunələri, ölüm-dirim savaşında fədakarlıqları, vətən tariximizə yazdıqları qəhrəmanlıq dastanları" daim yetişən nəslimizə nümunə göstərilir.
Vətən müharibəsində igidləimiz daim irəli atıldılar, sıldırımlar aşdılar, canlarını vətən yolunda fəda etdilər, geri dönmədilər. Burada şair Nihal Atsızın misraları yada düşür:
Qəhrəmanlar can verir/ Yurdu yaşatmaq üçün.
Ölməzliyi düşünmək boşuna bir əməkdir
Qəhrəmanlıq; saldırıb bir daha geri dönməməkdir.
Çingiz müəllimin söhbətləri daim vətən, vətənpərvərlik, qəhrəmanlarımız, qazilərimiz, şəhidlərimiz haqqındadır. Mütəmadi olaraq Şamaxı Şəhidlər Xiyabanını ziyarət etmək, Qzilərimizlə görüşlərin keçirilməsi, ehtiyacı olanlara davamlı olaraq humanitar yardımların göstərilməsi ADPU –nun Şamaxı filialının ənənəvi tədbirlər sırasındadır ki, bu işlərdə Çingiz müəllimin xüsusi fəallığı və təşəbbüskarlığı həmişə görünməkdədir.
Düşmən üzərində bu tarixi qələbəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin həm daxili, həm xarici siyasəti təqdir olunur, onun "Dəmir yumruq" əməliyyatının uğurları, qalibiyyət nailiyyətləri tələbə - gənclərimizə nümunə göstərilir.
Çingiz müəllimi bu xoş gündə, qalibiyyət günlərində doğum gününü bir daha təbrik edir ona daim uğurlu günlər, uğurlu nailiyyətlər arzulayırıq.