manera.az
manera.az

Türk imperotoruna həsr edilmiş roman - MANERA.AZ

Türk imperotoruna həsr edilmiş roman  - MANERA.AZ

Görkəmli yazıçı, pedaqoq, tərcüməçi, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Müəllim Akif Abbasovun bu yaxınlarda çapdan çıxmış "Sultan II Mürad" adlı romanı ədəbi -pedaqoji ictimaiyyətimizə yeni bir töhfədir.

Bu roman ədəbi fikrimizi zənginləşdiriyi kimi, tarixi, mədəni təfəkkürümüzü də yeniləşdirir.

Təcrübələr göstərir ki, bir çox tarixi hadisələrin mənimsənilməsi, yadda qalması üçün bədii emosional üslub daha təsirli olur, nəinki, tarixi hadisələr sadəcə yalnız şərh olunur. Bu cəhətdən "Mütərcim" nəşriyyatı tərəfindən bu yaxınlarda nəfis şəkildə nəşr edilmiş roman çox əhəmiyyətlidir. Romanın redaktorları, Lalə Məmmədli- pedaqogika üzrə fəlsəfə doktoru, və kinorejissor Babək Abbaszadədir.

Prof.Akif Abbasov ölkəmizdə tanınmış bir pedaqoq, görkəmli ziyalı, dəyərli tədqiqatçı, istedadlı elm adamı, böyük alimdir. Onun pedaqogikanın aktual problemlərinə, təhsilimizin müxtəlif sahələrinə həsr etdiyi elmi-pedaqoji əsərləri təhsilimizin inkişafına böyük töhfələr vermişdir.

Akif Abbasovun bədii yaradıcılığı pedaqoji yaradıcılıqdan geri qalmır, onun bu sahədə yaradıcılığı çox şaxəlidir. Onun bu istiqamətdə yaradıcı irsində romanla bərabər həmçinin povest, pyes, lətifə və hekayələr də xüsusi yer tutur. A.Abbasovun ingilis və rus dillərindən bir sıra bədii əsərləri tərcümə etməklə tərcümə ədəbiyyatımızı da zənginləşdirmişdir.

Akif Abbasovun türk böyüklərinə həsr etdiyi bədii əsərlər bir silsilə təşkil edir. Onun Müstafa Kamal Atatürkə həsr etdiyi "Samsundan başlanan yol" adlı əsəri həm Türkiyədə, həm də ölkəmizdə rəğbətlə qarşılanmış və əsərin Bakıda Türk səfirliyi tərəfindən təqdimatı keçirilmişdir.

Uğurla, böyük zəhmət hesabına başa çatdırılan "Sultan II Murad" romanında oxucular ilk əvvəl Sultanın maraqlı həyat və fəaliyyəti ilə tanış olurlar. II Sultan Murad (1546-1595) hərtərəfli biliyə malik, ərəbcə, farsca dərin biliyə sahib, atası Sultan II Sultan Səlimdən mükəmməl siyasət məktəbi öyrənmiş bir türk padşahıdır. 22 dekabr 1574-cü ildə 28 yaşında Sultanlıq taxtına oturmuşdur.

Romanda II Murad xanın XV əsrdə Bizans İmperiyası, Serbistan, Macarıstan və digər dövlətlərlə münasibətləri, Konstantinapolu mühasirəyə alması, Osmanlı dövlətinə dönük çıxmış Müstafa Düzməcə və Şahzadə Kiçik Mustafa ilə, bəzi bəylərbəylərlə mübarizəsi, Varna və II Kosovo döyüşlərində qazandığı parlaq qələbələr öz əksini tapmışdır.

Romanda habelə dolayı yolla da olsa Ağ qoyunlu hökmdarı Uzun Həsənlə, Qaraqoyunlu dövlətinin başçısı Cahan Şahla II Muradın münasibətləri, xüsusilə I Təhmasibin oğlu Şah II İsmayılla əlaqə və münasibətlər də duyulmaqdadır.

Roman həm tarixiliyi özündə düzgün əks etdirmiş, həm də bədiiliyi özündə yüksək səviyyədə əxz etdirmişdir.

Fərəhlə deyə bilərik ki, gənclərimizin mütaliə dairəsinə, ailə kitabxanalarına daha bir dəyərli roman daxil olmuşdur.

Türk imperotoruna həsr edilmiş roman  - MANERA.AZRüfət Hüseynzadə,
professor


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728