manera.az
manera.az

Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə tanıdılır

📅 10.09.2025 17:38

Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə tanıdılır
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan uşaq yazarı, professor Solmaz Amanovanın “İlmənin Macəraları” kitabı Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr edilib.

MANERA.AZ xəbər verir ki, layihə Azərbaycan uşaq ədəbiyyatının qardaş ölkədə tanıdılması və uşaqlar arasında mədəni körpülərin qurulması məqsədi ilə həyata keçirilib.

Qeyd edək ki, “İlmənin Macəraları” kitabı uşaqlara yazıb-oxumağı, riyaziyyatı, öyrətməklə yanaşı, Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təsviri incəsənəti, habelə gələcək nəsillərin intelektual inkişafı üçün maraqlı mənbədir.

Əsərin baş qəhrəmanı İlmə – inadkar, ağıllı və daim öyrənməyə can atan bir uşaqdır. Onun gündəlik macəraları vasitəsilə oxucular müxtəlif dəyərlərlə tanış olur və həyatı kəşf edir.

Kitabda dostluq, dürüstlük, mərhəmət, ailə sevgisi kimi insani dəyərlər sadə, uşaqların anlayacağı dildə təqdim olunur. Rəngarəng illüstrasiyalar isə balaca oxucuların təxəyyülünü canlandırır, hekayələri daha da yadda qalan edir.

“İlmənin Macəraları” kitabı Türkiyə Türkcəsinə tərcüməçi, pedaqoq, Konya Selcuq Universitetinin dosenti Təranə Həşimova tərəfindən çevrilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə nəşrin Türkiyənin xalq, uşaq kitabxanalarına, aparıcı məktəblərin kitabxanalarına hədiyyə edilməsi nəzərdə tutulur.


Baxış sayı - 390 | Yüklənmə tarixi: 10.09.2025 17:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031