manera.az
manera.az

Bakıda Beynəlxalq Animasiya Festivalı keçiriləcək

📅 14.08.2025 20:12

Bakıda Beynəlxalq Animasiya Festivalı keçiriləcək
3-7 sentyabr tarixlərində Bakı şəhərində VIII ANIMAFILM Beynəlxalq Animasiya Festivalı baş tutacaq.

MANERA.AZ xəbər verir ki, “Pişiklər” mövzusuna həsr olunmuş festival Nizami Kino Mərkəzi, Şirvanşahlar Saray Kompleksi və Animasiya Evində təşkil olunacaq.

Festival çərçivəsində 20 ölkədən seçilmiş 39 animasiya filmi nümayiş olunacaq.

Tədbir çərçivəsində ustad dərsləri, təqdimatlar, viktorinalar və ilk dəfə olaraq animasiya layihələrinin pitçinqi də keçiriləcək.

Qeyd edək ki, festivalın bilet gəliri pişiklərə qulluqla bağlı yerli təşəbbüslərə yönəldiləcək.


Baxış sayı - 165 | Yüklənmə tarixi: 14.08.2025 20:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031