manera.az
manera.az

Tələbələrin təqaüdləri artırıldı - SİYAHI

Tələbələrin təqaüdləri artırıldı - SİYAHI
Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla həmin məbləğlər aşağıdakı kimi müəyyən edilib:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

Magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

Bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.

Orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.

Peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;
akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;
akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.

* * *
Prezidentin digər Fərmanına əsasən, Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930