manera.az
manera.az

Bu ilki peşə təhsilində - 10 yeni ixtisas

📅 21.07.2025 15:46

Bu ilki peşə təhsilində - 10 yeni ixtisas
Bu il peşə təhsili üzrə qəbul planına 10 yeni ixtisas əlavə edilib.

MANERA.AZ xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.

"Bu ixtisaslar yüksək texniki ixtisaslar və texniki ixtisaslardır.

Yüksək texniki ixtisaslara rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalata rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketinq, texniki ixtisaslarda isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri aiddir", - o bildirib.

Direktor qeyd edib ki, gələn ilin sonunadək 9200 vətəndaşın yüksək texniki peşə təhsilinə cəlb olunması nəzərdə tutulub.

Texniki peşə ixtisası üzrə 27 400 yer nəzərdə tutulub

Eyni zamanda, o qeyd edib ki, Code Academy, CASA, İMZA Group ilə əməkdaşlıq nəticəsində beynəlxalq sertifikatlı təhsil imkanları yaradılıb.

Xatırladaq ki, , peşə təhsili almaq istəyən şəxslər 22 iyul - 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.


Baxış sayı - 237 | Yüklənmə tarixi: 21.07.2025 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031