manera.az
manera.az

Seyyid Əsrinin ilk kitabı nəşr edilib

📅 02.07.2025 15:28

Seyyid Əsrinin ilk kitabı nəşr edilib
Tədqiqatçı şair Seyyid Əsrinin "Fidan çiçəkləri" adlı ilk kitabı nəşr edilib.

MANERA.AZ xəbər verir ki, kitabda şairin yaradıcılığının ilkin dövrlərindən bu yana yazdığı qədim üslublu şerlər, ərəb və fars dilli klassik ədəbiyyat nümunələrindən etdiyi bədii tərcümələr və son məhəbbət qəzəlləri yer alıb.

Çətin anlaşılan sözlərin lüğəti, bəzi beytlərin izahı və müəllifin tərcümeyi-halı da verilib.

Kitabın ön sözünün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Hacı Mustafa Mailoğludur.

Qeyd edək ki Seyyid Əsri AMİN İctimai Birliyinin sədri, BDU Elmi Kitabxanasının baş biblioqrafıdır.

AMİN İctimai Birliyinin 4-cü kitabı olan "Fidan çiçəkləri" Mücrü nəşriyyatında çap edilmişdir.


Baxış sayı - 363 | Yüklənmə tarixi: 02.07.2025 15:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031