manera.az
manera.az

Vaqif Poeziya Günlərinin vaxtı açıqlandı

📅 21.06.2025 21:59

Vaqif Poeziya Günlərinin vaxtı açıqlandı
Vaqif Poeziya Günlərinin açılışı 14 iyulda Qazaxda keçiriləcək...

MANERA.AZ xəbər verir ki, bu barədə APA-ya Yazıçılar Birliyinin katibi İlqar Fəhmi məlumat verib.

“Molla Pənah Vaqif marşrutu üzrə açılışdan sonra tədbirlər 15-i Gəncədə, 16-sı Ağdamda, 17-si və 18-i isə Şuşa şəhərində keçiriləcək. Bağlanış mərasimi Şuşada baş tutacaq”, – deyə İlqar Fəhmi bildirib.

O, həmçinin qeyd edib ki, Vaqif Poeziya Günləri çərçivəsində Bəxtiyar Vahabzadənin yubileyi ilə bağlı tədbir də keçiriləcək.

Mədəniyyət Nazirliyi faktı APA-ya təsdiqləyib.


Baxış sayı - 231 | Yüklənmə tarixi: 21.06.2025 21:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031