manera.az
manera.az

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

📅 16.06.2025 15:51

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayır.

MANERA.AZ xəbər verir ki, 21 iyun 2025-ci il tarixindən etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Qeyd edim ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.

Proses eyni qaydada 12 sentyabr tarixinə qədər davam edəcək.

Məktəbə hazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir.


Baxış sayı - 177 | Yüklənmə tarixi: 16.06.2025 15:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031