manera.az
manera.az

Yazıçı Sevinc Nuruqızı ilə görüş keçirilib - Foto

📅 23.04.2025 15:57

Yazıçı Sevinc Nuruqızı ilə görüş keçirilib - Foto
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə uşaq yazıçısı, publisist, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Sevinc Nuruqızının XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri ilə görüşü keçirilib.

Kitabxanadan MANERA.AZ-a bildirilib ki, tədbirdə çıxış edən kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova mütaliənin insan həyatındakı rolundan söhbət açıb.

Təhsil Mərkəzinin dil və ədəbiyyat müəllimi Təranə Məmmədova S.Nuruqızı ilə olan tanışlığından danışıb, yazıçının ədəbiyyatımızı yeni obrazlarla zənginləşdirən, uşaqların öz dilində yazıb-yaradan şəxs olduğunu qeyd edib.

Yazıçı Sevinc Nuruqızı balaca oxucularının ən sevimli kitablarından olan “Melissa”, Gəncə terrorunun günahsız qurbanlarıından olan uşaqlara ithaf etdiyi “Pıçıltı”, Qarabağın tacı əsrarəngiz Şuşaya həsr etdiyi “Duman pəriləri Şu-Şa” kimi əsərlərinin yaranma tarixçəsi, məzmunu barədə məlumat verib.

Sonda Respublika Gənclər Kitabxanası XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin məktəb kitabxanasına kitab hədiyyə edib.


Baxış sayı - 508 | Yüklənmə tarixi: 23.04.2025 15:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031