manera.az
manera.az

Qazaxda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib - FOTO

📅 23.08.2022 12:17

Qazaxda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib - FOTO
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibətilə tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, əvvəlcə Mirvarid Dilbazinin 85 illiyi zamanı ulu öndər Heydər Əliyevin və Xalq şairi Mirvarid Dilbazinin çıxışları olan videoçarx izlənilib.

Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamlayaraq, Mirvarid Dilbazinin həyat və yaradıcılığından danışıb.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, Qazax məşhur şair və yazıçılar, tanınmış şəxsiyyətlər yetişdirib: “Xalq şairi Mirvarid Dilbaziyə ulu öndər Heydər Əliyev böyük qiymət verib.
Bu bir daha onu göstərdi ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasının bir incisi, bir mirvarisidir”.
Qazaxda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib - FOTO
Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov çıxış edərək bildirib ki, Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun çoxsaylı əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Əməkdar incəsənət xadimi Barat Vüsal, şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı publisist Məti Osmanoğlu, tanınmış şair Səadət Buta, şair, neftçi Zaməddin Ziyadoğlu, Vüsal Sehranoğlu çıxış edərək Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqeyindən geniş söhbət açıblar, şeirlərindən səsləndiriblər. Xanlıqlar kənd tam orta məktəbinin şagirdləri, Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin şagirdləri ifalarında Mirvarid Dilbaziyə həsr olunmuş şeirləri təqdim olunub.

Xanəndə Mehranə Vəliqızı, müğənni Arif Mehmandost və aşıq Samir Allahverdiyev öz ifaları ilə tədbiri rövnəqləndiriblər.


Baxış sayı - 444 | Yüklənmə tarixi: 23.08.2022 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031