manera.az
manera.az

“Ulduz"lu görüşlər”in növbəti qonağı Əyyub Qiyas olub

📅 05.04.2025 14:56

“Ulduz"lu görüşlər”in növbəti qonağı Əyyub Qiyas olub
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ulduz” ədəbiyyat dərgisinin layihəsi davam edir.

MANERA.AZ xəbər verir ki, "Ulduz"lu görüşlər" çərçivəsində bu dəfə yazıçı, ssenarist və tərcüməçi Əyyub Qiyasla Azərbaycan Universitetinin tələbələri bir araya gəliblər.

Natəvan klubunda keçirilən görüşdə "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru Qulu Ağsəs, eləcə də jurnalın şöbə redaktoru Taleh Mansur iştirak edib.

Əyyub Qiyas öz ədəbi yaradıcılıq yoluna nəzər salıb, filmoqrafiyada qazandığı uğurların əsas istiqamətləri haqda məlumat verib, özünü bu sahələrdə sınamaq istəyən gənclərə tövsiyə və məsləhətlərini əsirgəməyib.

Qonaq yazıçının "Qara işıq", "Sonuncu büt" romanları və "İtvuran" hekayələr kitabı ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə fəal iştirak edən tələbələrə müəllifin imzalı kitabları hədiyyə edilib.

Qeyd edək ki, "Ulduz" ədəbiyyat dərgisinin təşkilatçılığı ilə həyata keçirilən "Ulduz"lu görüşlər"in növbəti qonağı "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan olacaq.



Baxış sayı - 340 | Yüklənmə tarixi: 05.04.2025 14:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031