manera.az
manera.az

Kamal Abdullayev: "Multikulturalizm şəfqətdir" - MANERA.AZ


Kamal Abdullayev: "Multikulturalizm şəfqətdir" - MANERA.AZ
MANERA.AZ xəbər verir ki, bu gün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib.

Kamal Abdullayev Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq göstərildiyini söyləyib. O deyib ki, Azərbaycan multikulturalizmi yeni bir elmdir. Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, mənəviyyatını, bu gününü və perspektivlərini özündə əks etdirir.

Dövlət müşaviri qeyd edib ki, Azərbaycan multikulturalizmi model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir. Azərbaycanın multikulturalizm modeli işləkdir. Bu model dostlarımızı sevindirir, bədxahlarımızı isə qıcıqlandırır. Azərbaycan multikulturalizminə olan maraq Azərbaycanın dünyada tarixi, örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir.

Azərbaycanda ermənifobiyanın olmadığını dünya yavaş-yavaş başa düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur.

Kamal Abdullayev bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin sərbəst olduğunu, multikulturalizm ənənələrinin Azərbaycan Prezidentinin söylədiyi kimi, doctorvideos.net həmişə yaşayacağını söyləyib. Bildirib ki, bu gün Azərbaycanda hansısa bir yəhudinin yanından keçən azərbaycanlı ona nifrət hissi ilə yanaşmır və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır. Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib. Amma Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq.

Kamal Abdullayev: "Multikulturalizm şəfqətdir" - MANERA.AZ

Kamal Abdullayev daha sonra əlavə edib ki, Nardaran camaatı ilə söhbətlər aparılacaq, onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox iş görüləcək. Nardaran sakinləri buna mənən hazırdır: “Nardaranda və Bakının başqa kəndlərində çox dəyərli ziyalılarımız olub və var. Bizim əsas dayaq nöqtələrimiz o insanlar olacaq. Həmçinin Nardaranda “Bilik evi”nin yaradılması da planlaşdırılır.

Dövlət müşaviri cari ildə və gələcəkdə müvafiq sahədə görüləcək işlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Kamal Abdullayev: "Multikulturalizm şəfqətdir" - MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728