manera.az
manera.az

Sənə zalım deyirdim, özüm zülmkar oldum - Lütviyyə Əsgərzadədən haykular

Sənə zalım deyirdim, özüm zülmkar oldum - Lütviyyə Əsgərzadədən haykular
Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü


Poeziya elə bir sirli-sehrli aləmdir ki, bu yolun yolçusu olmaq istəyənlərdən böyük məsuliyyət, ömrünü bu yolda qoymağı tələb edir. Şair olmaq söz qoşmaq deyil, şairlik heç sənət də deyil. Şair anadan şair doğulmalıdır. Şairlik içdən gələn yanğıdır. Əgər bu yanğı varsa, onda şairlik də var.

Şair cəmiyyəti təşkil edən fərdlərin tərcümanıdır. O, elə bir varlıqdır ki, hamının görə bilmədiyini görə bilir, hamının duya bilmədiyini duya bilir, hamının hiss etmədiyini hiss edə bilir.

Şairlər elə bir varlıqdır ki, hamının eyni gördüyünü başqa gözlə görür, hamının eyni duyduğunu bir ayrı cür görür, hamının eyni səviyyədə hiss etdiyini tamam başqa bir formada hiss edir. Bax onda əsl şeir doğulur.

Səhər erkən günəşin doğmasının qarşısını almaq mümkün olmadığı kimi, doğulan şerin də qarşısını almaq olmaz. Belə bir Yapon məsəli var: “İki-üç xayku yazmaq bir insan ömrünə bəs edər”.


MANERA.AZ Lütviyyə Əsgərzadənin haykularını oxuculara təqdim edir.

Üçlüklər

Od aldı, yandı qanadım
Qarsalandı, dil-dodağım,
Bir quşam, hanı sarayım?

***
Qanadlarım yandı, necə uçacam
Örtüldü bacam, necə qaçacam
Bir az toxda, ürəyim, sənə möhtacam.

***
Gözüm gəzir divarını
Axtarıram sarayımı
Duymursanmı harayımı?

***
Boğacaq məni bir gün yaşadığım saray
Sonra yığacaq başıma adam
Ölən var, gəlin, çəkəcək haray.

***
Çaş qalıram taleyimin önündə,
Allahın hər günündə
Çaş qalıram hər gün şeytan önündə...

***
Mənə gülüm deyənim, güllərin xəşəm oldu
Od düşdü gülzarına, gülün yandı kül oldu
Gül...kül...

***
Taleyimi hər nə olsa, sevməliyəm
Kimsə sevməz qəm-qüssəni, sevməliyəm
Bu qədər qəm-kədərlə şəhanə görünməliyəm...

***
Heyrətdəyəm öz-özümə
Ay deyəsən yavaş-yavaş sərtləşirəm
Daş oluram...

***
Ay yerə boylanırdı, mən göyə
Gülümsədik bir-birimizə
Xoş gördük

***
Ürəyimlə töhmətdəyəm
Zülümdəyəm, zəhmətdəyəm
Heyrətdəyəm...

***
Gül idim,
Kül etdin
Sovur başına

***
Vuruldum Nərgiz çiçəyinin
Görən mən nəyinə axı belə
Xəyanət rəngində...

***
Bir yuxu görürdüm uşaqlıqda
Bir saray qurardım qayalıqda
Qismət deyib oyalandıq da...

***
Nə sevgi var, nə istək,
Nə dodağımda gülüş
Könlüm yanıb kül olmuş...

***
Mən yarımadım, qəmimi yarıtdın sən
Qəmimdən də küsmüşəm
Lap yalqızam, dünəndən...

***
Qəmdən gülzarlıq saldım
Yazıq oldu güllərə
Göz yaşımla suvardım...

***
Alma ümidiylə yeni nağıllar dinlənəcək
Biri var idi, biri yox idi, ümidlər ölməyəcək
Nağıllar bitəcək, başlayacaq...

***
Bu namərd dünyanın
Qapısı açıq
Heyf ki, o dünyaya açılır.

***
Bir vaxt ulduz seçdiyimiz göylərə
Gözlərimiz dikildi
“İmdad” deyə...

***
Kim daş atdı mavi yuxularıma
Oyatdı məni
Göylə hələ də oyanmazkən!?

***
Yox oldu axan ulduzlar tək
Sabaha ümidlərim.
Dəryada batdı, sanki gəmilərim...

***
Hələ də fikirlərin bolluğunda üzürəm,
Hlə də, hələ də üzülürəm,
Hələ də gözləyirəm...

***
Bir vaxtlar yaman vardırəssamlığa həvəsim
İstəyirdim şəkillər çəkim, açılsın sərgim
Nələr çəkdim sayəndə, srgim ürəyim...

***
Bir az kimsəsizliyim,
Bir az çarəsizliyim,
Daş kimi asıldı yaxamdan...

***
Ağzıma yaşmaq istəyirəm,
Qoşulub qaçmaq istəyirəm,
Sizlərin acığına, ölümə yar olmaq istəyirəm...

***
Külək hayandan əssə,
Ziyanın mən çəkirəm.
Çarəsizliyim sevgilim tək sarılıb boynuma...

***
Səni dağ bilirdim
Dağa bənzəsən də olmadın arxam,
Ürək gileylənir “vəfasız arxam.”

***
Bir ala bilmədiyim donun,
Bir keçirə bilmədiyim bayramın,
Təssüfü tək varsan ürəyimdə...

***
Ürəyimdə erkən itirdiyim atam,
Dağ kimi qardaş dərdi,
Bir də bir namərd dərdi...

***
Ümidlərim var, dağınıq,
Sınız-salxaq, qırıq-qırıq...
Fırtınadan çıxmış qayıq kimi...

***
Kaş ki ya quş, ya balıq
Ya ağac olsaydım.
Kaş ki insan doğulmasaydım...

***
Bir mələklərə,
Bir də quşlara həsəd aparıram,
Qanadları olduğu üçün...

***
Sənə zalım deyirdim,
Özüm zülmkar oldum
Sayəndə...

***
Ya məni bağışla,
Ya əlinlə sal boynuna kəndir,
“Savab et”, - deyirsən...

***
Yalvarışların, göz yaşların, kəlmələrin
Adiləşib özün kimi,
Axı bir vaxtlar səni sevmişdim, gözüm kimi...

***
Çox sevdiyim şəkillərim,
Heç sevmədiyin kitablarım, sənin olsun
Qoru onları gözün kimi, məni peşiman eyləmə...

***
Sənin olsun, hər şeyim
Onlara hopmuş hışqırıqlarım, göz yaşlarım
Qurutduğum güllərim, üstündə nisgillərim...

***
Ömrüboyü oxumaq istədiyin günlüyümü,
Vəsiyyət edəcəyəm, versinlər sənə,
Sənə anladacaq çox şeylərim var...

***

Vəsiyyət edəcəyəm, versinlər sənə,
Ən çox sevdiyin yaylığımı, saçımı daradığım
Darağımı, “çox yaraşır” dediyin bir paltarımı...

***
Gəl. Gəl kədərə xoşgəldin deyək,
Gəl, kədəri kəfən tək geyək,
Gəl, bu dünyadan bərabər gedək...

***
Səndən sonra ürəyim
Bəhanə gəzir ağlamağa,
Gözlərim yaz buludu...

***
Pəncərəmə boylanan Ay belə qəmli,
Gözlərim yenə nəmli,
Günlərim payız kimi, dumanlı-çənli...

***
Ay hər şeyim, ay heç nəyim,
Axı sən mənim nəyimdin, nəyim!?
Getdin, ağladı ürəyim...

***
Mən hər şeydə səndən qabağa düşdüm,
Hər şeydə...
Çox qürurluydum

***
Səndən əvvəl nisnlandım,
Səndən əvvəl oldu toyum,
Sən hələ ata deyildin, mən ana oldum...

***
Səndən əvvəl saç ağartdım
Səndən əvvəl qız böyütdüm,
Səndən əvvəl nənə oldum...

***
Amma sənddən sonra nə böyüdüm,
Nə yaşadım
Səndən ayrıldığım yaşdayım...

***
Dünənim, dünənim,
Bu günüm, güvənim,
Bir namərd körpü salıb, keçim-keçməyim?

***
Nə qədər yaxınıq, nə qədər yadıq,
Nə qədər doğmayıq, nə qədər yadıq,
Bir-birimiz üçün candan keçən, iki yadlarıq....

***
Bu şəhər, bu küçə, adamlar,
kimsənin halından nə anlar,
bu çovğunlu havada ölmək istəyən biri var...

***
Aynaları çox sevərdik, ikimiz də,
Bir-birimizə baxmaqdan zövq alardıq ikimiz də,
Düşdünüz gözümdən ikiniz də...


***
Nəfəs dərib, axır durduq,
İkimiz də yorulduq,
Sən qovmaqdan, mən qaçmaqdan...


***
Suda boğulurdum, yağışdım səndən,
Boğulan yağışarmış saman çöpündən,
Saman çöpü də deyilmişsən...

***
Kim demiş, “axar suya getsəm quruyar”?
Qurudu axar sular, gözümün yaşı kimi,
Bu dəfə də günahkar mən deyildim...

***
Üz çevirdim aynalardan,
Sənlə sevmişdim,
Yoxsan...

***
Bu sazın niyyəti nə, yandırıb yaxasıdır,
Unutduğum bir sevda var,
Yadıma salasıdır...

***
Su atmadım dalınca nə də tmədim dua,
Dodaqlarımdan sürüşüb düşdü bir söz
“Geri dön”

***
Bu gün bir azaca xoşbəxtəm,
Lap bir azca da bəxtəvər,
Hər gün arxamdan duyuram, “bəxtəvər, ay bəxtəvər”.


***
Minnətdaram səni unudan könlümə,
Görmək istəməyən gözlərimə,
Minnətdaram adını çəkməyən dilimə...

***
Sağ ol, Bayatlı Odər! Könlümə kirimək öyrətdin
Əsil göz yaşı ağlanmır, əsl göz yaşı udulur”.
Çoxdandır dolmur gözlərim...

***
Bu gün möhnət almışam qəmdən,
Bir azca kədərimdən, dost var, düşmən var,
Xoşbəxt görünməliyəm...

***
Bu gün saçlarımın duruşunu Marala borclu
Üst-başımdakılar üçün Külsümə,
Bu gün dodağımdakı gülüş əl borcu...

***
Gecənin soyuğu, payızın çisgini,
taleyim qurğuşun kimi çöküb üzərimə.
Üşünürəm, bürünmüşəm kədərimə.

***
Hər kəsin nağılı var; biri vardı, biri yox...
Mənim nağılım sənsən.
Göydən üç alma düşdü.

***
Yay günü yağış yağır,
Hansı günahkar buluddur -
Mənim tək içdən ağlayır?

***
Güvəndiyim təkcə səndin.
Sənli dağa qar yağır?
Üşünürəm.

***
Yenə dərdələşirəm səninlə,
Yenə bacarmıram ürəyimlə,
Səni asacaqdım, alıram ipdən.

***
Günləri saya-saya gəlirdim;
Sayını itirdim,
Səni də.

***
Bir uzun qış gecəsi,
dəlisov küləklərin səsi...
Yarımçıq qalmış, bir ad günü süfrəsi...

***
Boz yuxular görürəm,
Sənin suratına, mənim ovqatıma bənzəyir,
Dünən bir film izlədim, həyatımıza bənzəyir.

***
Gecənin soyuğu, payızın çisgini,
taleyim qurğuşun kimi çöküb üzərimə.
Üşünürəm, bürünmüşəm kədərimə.

***
Ümidlərimi yığıb-yığışdırdım aldım əllərimə,
Gözümdəki sən adlı yaş da yuvarlandı üzərinə
kim dəymişdi ürəyimə?

***
Yuxuda gördüklərimi yozuram, yozammıram,
Taleyimi pozuram, pozammıram.
Almışam əlimə qələm, özümə tale yazıram...

***
Bu şəhərin səs-küyündə,
İstisində, bürküsündə yeriyirəm candərdi,
Ümidlərim bəlkə bu yay göyərdi.

***
Mən şeir yazmıram ki,
Nisgilimin, kədərimin,
Sözlə şəklin çəkirəm...

***
Mənə gülüm deyənim, güllərim xəşəm oldu,
Od düşdü gülüzarıma gülün yanıb kül oldu.
Gül… kül..

***
Gül idim,
Kül etdin.
Sovur başına..

***
Bir yol gedir içimə,
Lap özümdən-özümə,
Göz yaşlarım da dəyişdi yolun, axıdlram içimə.

***
Həsrətdən ağırlaşıb buludlar,
Yenə yaman dolublar,
Məni qabaqlayacaqlar...

***
Tufanın qabağına düşüb gedirəm,
Küləyin uçurduğu yarpaq tək
Hələ çox qovacaq mənitale küləyi, bilirəm.

***
Pəncərəmin şüşəsi naxışlanıb şaxtadan,
Həyətdə düzəltdiyim Qar adam,
Hava da soyuq, könlüm də yaman...

***
Nə kəndim var, qonaq gedəm,
Nə çayım var, sularına nəsə deyəm,
Nə dənizim var, sularında öləm...

MANERA.AZ


Baxış sayı - 350 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031