manera.az
manera.az

“Hamlet” tamaşasının premyerası olacaq

📅 12.02.2025 12:08

“Hamlet” tamaşasının premyerası olacaq
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində martın 7-9-da Uilyam Şekspirin ölümsüz “Hamlet, Danimarka şahzadəsi” pyesi əsasında hazırlanmış “Hamlet” tamaşasının premyerası olacaq.

MANERA.AZ xəbər verir ki, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovski olduğu tamaşanın quruluşçu rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq dizayneri Nikolay Rudıçev, bəstəkarı Anar Yusufov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, vizajçı Yekaterina Maşkovadır.

Tamaşada rolları Əməkdar artistlər Murad Məmmədov, Teymur Rəhimov, Salman Bayramov, Həcər Ağayeva, Mariya Dubovitskaya, teatrın digər aktyorları ifa edirlər.


Baxış sayı - 306 | Yüklənmə tarixi: 12.02.2025 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930