manera.az
manera.az

Çağdaş Danimarka poeziyasının 12 ulduzu “Ulduz”da

Çağdaş Danimarka poeziyasının 12 ulduzu “Ulduz”da
Bir müddət əvvəl, ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycan ədəbi mühiti üçün diqqətçəkən ədəbi layihə gerçəkləşdi.

MANERA.AZ xəbər verir ku, mustagil.az saytı şair Səlim Babullaoğlu və türkiyəli şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında 12 Danimarka şairinin şeirlərini təqdim etdi: Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrandt, Nils Hav, Marianna Larsen, Piya Tafdrup və Tomas Böberqin.

Adıçəkilən şairin hər biri çağdaş Danimarkanın, bütövlükdə Skandinaviyanın XX-XXI əsr poetik xəritəsində vacib və bilinən şairlərdir.

Bu layihənin sonucu kimi “Ulduz” jurnalı özünün bu ilki yanvar-fevral sayının “Dərgidə kitab” rubrikasında həmin şairlərin hər birindən 1 şeir olmaqla maraqlı poetik kolleksiya təqdim etdi…

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, yaxın aylarda Danimarka ədiblərinin iştirakı ilə Bakıda "Danimarka şeiri gecəsi" keçiriləcək.

Tədbir "Dünya ədəbiyyatı" dərgisi, "Ulduz" jurnalı və AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakıyla gerçəkləşəcək...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031