manera.az
manera.az

Səlim Babullaoğlu Amerikanın nüfuzlu mükafatına layiq görüldü

📅 23.12.2024 12:56

Səlim Babullaoğlu Amerikanın nüfuzlu mükafatına layiq görüldü
Şair, esseist Səlim Babullaoğlu Amerikanın nüfuzlu "Orfey" mükafatına layiq görülüb (Orpeus Text Awards / Poet of the Year 2025).

MANERA.AZ xəbər verir ki, Orfey Mətn/Ədəbiyyat Mükafatları ABŞ, Texas Universiteti (Dallas& Kleyton, Oklahoma), "Mundus Artium Press" nəşriyyatı tərəfindən verilir.

Qeyd edək ki, Səlim Babullaoğlunun namizədliyini Özbəksitan (həm də təşəbbüsçü idi), Türkiyə (Ərdəhan Universiteti), Moldova (Elmlər Akademiyası), Rumıniya (Mihay Eminesku Akademiyası) və Ukrayna ("Vsesvit" jurnalı) dəstəkləmişdi.

Mükafatın açıqlamasında deyilir:

"Müasir poeziyaya verdiyi müstəsna töhfələrə görə İlin Şairi adına layiq görülüb. Azərbaycan ədəbiyyatının görkəmli səsi olan Səlim Babullaoğlunun yaradıcılığı ümumbəşəri insanlıq və dözümlülük mövzuları ilə səsləşir, o, poetik sənəti mədəni və emosional əlaqənin dərin aləti kimi şöhrətləndirir..."

Səlim Babullaoğlu Amerikanın nüfuzlu mükafatına layiq görüldü


Baxış sayı - 395 | Yüklənmə tarixi: 23.12.2024 12:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031