manera.az
manera.az

Ukraynada Səlim Babullaoğlunun kitabı çapdan çıxdı

📅 16.06.2023 11:34

Ukraynada Səlim Babullaoğlunun kitabı çapdan çıxdı
Tanınmiş şair-esseist, AYB-nin Beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlunun Ukraynada yeni kitabı nəşr olunub.

MANERA.AZ xəbər verir ki, bu haqda Səlim Babullaoğlu öz feysbuk profilində məlumat verib:

” Bir az əvvəl həm mənim, həm də ölkəmizin dostu, görkəmli Ukrayna ədəbiyyatşünası Dmitro Stus mənə votsapdan Kiyevdə yeni şeir kitabımın (“Sükuta ithaf”) nəşr olunması ilə bağlı məlumat verib bu şəkli göndərdi. Kitabdakı şeirləri Ukrayna dilinə tanınmış şairlər - Vasıl Gerasimyuk, Aleksey Zaraxoviç, Marianna Kiyanovska, İqor Pavlyuk, Sergey Qrabar, Lesya Mudrak və Yuri Zavqorodniy çeviriblər. Kitab Azərbaycanın Ukraynadakı sabiq səfiri, Xalq yazıçısı Elmira Axundovanın təşəbbüsü və dəstəyi, eyni zamanda “Giriş yazısı” ilə nəşr olunub. Kitabı tanınmış Ukrayna ədəbiyyatşünası, şair və tərcüməçi Dmitro Drozdovski tərtib edib və nəşrə geniş “Ön söz” yazıb” .

Qeyd edək ki, 128 səhifəlik kitab “CАМIТ-КНИГА” nəşriyyatında çap olunub.

Ukraynada Səlim Babullaoğlunun kitabı çapdan çıxdı


Baxış sayı - 339 | Yüklənmə tarixi: 16.06.2023 11:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031