manera.az
manera.az

Moskvada Beynəlxalq Ədəbiyyat Forumu keçiriləcək

📅 25.11.2024 12:24

Moskvada Beynəlxalq Ədəbiyyat Forumu keçiriləcək
İntellektual Qeyri-Bədii Ədəbiyyatın Beynəlxalq Kitab Sərgisi çərçivəsində 2024-cü il dekabrın 5-dən 8-dək Moskvada Beynəlxalq Ədəbiyyat Forumu keçiriləcək.

MANERA.AZ xəbər verir ki, tədbirin proqramına müasir ədəbiyyatın və nəsrin ən aktual mövzularına, milli ədəbiyyatın və tərcümə sənayesinin inkişafı, ədəbi təhsilin problemləri, yazıçılar birliklərinin fəaliyyəti, xaricdə və Rusiyada mədəni həyatın digər aspektlərinə həsr olunan 16 panel müzakirəsi daxildir.

Təşkilatçıların sözlərinə görə, Forumun məqsədi beynəlxalq mədəni əlaqələri gücləndirmək və müxtəlif ölkələrin yazıçıları və ədəbi icmaları arasında dialoq qurmaqdır. Bu məqsədlə tədbirdə ədəbiyyat və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Əsas müzakirə mövzuları yazıçının müasir cəmiyyətdəki mövqeyi, media və nəşriyyat fəaliyyətindəki rolu, eləcə də bədii tərcümə sənayesinin üzləşdiyi problemlər olacaq.

Tədbirdə müxtəlif ölkələrdən 50-dən çox yazıçının iştirak edəcəyi gözlənilir.

Moskvada Beynəlxalq Ədəbiyyat Forumu keçiriləcək


Baxış sayı - 247 | Yüklənmə tarixi: 25.11.2024 12:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031