Antalya Diplomatik Forumu başladı - FOTOLAR
Üçüncü Antalya Diplomatiya Forumu başlayıb.
Manera.az xəbər verir ki, Martın 1-dən 3-dək Antalyada keçiriləcək forumun əsas mövzusu “Böhran dövründə diplomatiyanın ön plana çıxması” olaraq seçilib. Foruma 100-dən çox ölkədən 20-dən çox dövlət, hökumət başçısı, 90-a yaxın nazir, o cümlədən 60-dan çox xarici işlər naziri və 80-ə yaxın beynəlxalq təşkilat nümayəndəsi qatılacaq. Forumda müxtəlif mövzularda 52 panel olacaq.
Forum çərçivəsində “Güllə keçirməyən arzular Qəzzalı uşaq” sərgisi də ziyarətçilərin üzünə açılacaq. Sərgidə Qəzzadakı müharibənin şahidi olan uşaqların yaşadıqları bədii şəkildə təqdim ediləcək.
Qeyd edək ki, bütövlükdə 4 min nəfərin iştirakı gedəcəyi bu mühum tədbir Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin təşəbbüsü Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə təşkil edilib. Bu çərçivədə Prezident R.T. Ərdoğan Xarici işlər naziri Hakan Fidan dünya liderləriylə görüşlər həyata keçiriləcək.
Forumla bağlı məlumatlar yenilənəckdir.
Şəhla Aslan,
Antalya