manera.az
manera.az

Şirvanda Füzulinin 530 illiyi qeyd edilib - Fotolar

📅 17.10.2024 16:10

Şirvanda Füzulinin 530 illiyi qeyd edilib - Fotolar
Şirvanda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan “Füzuli dünyasından dünyaya baxış” adlı tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbir Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Yubiley toplantısında Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Şəhərin Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında dahi şairin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi yad edilib.

Sonra Şirvan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Məhəmməd Füzuli yaradıcılığına həsr olunan rəsm sərgisinə baxış keçirilib. Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam edən tədbirdə şəhərin mədəniyyət nümayəndələrinin və məktəblilərin ifasında Məhəmməd Füzuli yaradıcılığından nümunələr səsləndirilib, “Meyvələrin söhbəti” kompozisiyası təqdim edilib, şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.

Tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən olan Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyəti vurğulanıb.

Şirvanda Füzulinin 530 illiyi qeyd edilib - Fotolar
Şirvanda Füzulinin 530 illiyi qeyd edilib - Fotolar
Şirvanda Füzulinin 530 illiyi qeyd edilib - Fotolar
Şirvanda Füzulinin 530 illiyi qeyd edilib - Fotolar


Baxış sayı - 303 | Yüklənmə tarixi: 17.10.2024 16:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031